AZ

Vüqar Süleymanov BMT Baş katibinin köməkçisini məlumatlandırıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb. Bu barədə SİA-ya ANAMA-dan məlumat verilib.Bildirilib ki, görüşdə Azərbaycanda yaradılması nəzərdə tutulmuş ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılıb.Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina probleminin insanların həyat və sağlamlığına, ətraf mühitə yaratdığı təhdidlər və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə qonağa məlumat verib.İvana Jivkoviç sözügedən beynəlxalq tədbirin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, mina təhlükəsi ilə mübarizə sahəsinin BMTİP-nin Azərbaycandakı ən vacib istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.Görüşdə BMTİP ilə ANAMA-nın uzun illərə dayanan sıx əməkdaşlıq tarixçəsinin olduğu və humanitar minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsi istiqamətində faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Seçilən
13
6
sesqazeti.az

7Mənbələr