AZ

Messi ilə hakim arasında nə baş verib?

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvayla görüşün baş hakimi ilə kobud danışıb.

Publika.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Forvard paraqvaylı futbolçunun qayda pozuntusundan sonra hakim tərəfindən meydandan qovmaması qərarına qəzəblənib. "Vəziyyəti özün pisləşdirirsən, səndən xoşum gəlmir”, - deyə Messi bildirib.

Qeyd edək ki, Argentina - Paraqvay qarşılaşması noyabrın 14-dən 15-nə keçən gecə baş tutub. Paraqvaylılar 2:1 hesabı ilə qalib gəliblər.

Seçilən
14
publika.az

1Mənbələr