AZ

Koçaryan, Ohanyan və Xaçaturov növbəti məhkəməyə zorla gətirilicəklər

Bu gün Ermənistanda "1 mart" işi üzrə məhkəmə iclası davam etdirilib. Ölkənin ikinci prezidenti, hərbi cani Robert Koçaryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi, general Yuri Xaçaturov məhkəməyə gəlməyiblər.

Bu barədə məlumat verən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimiSarqis Petrosyan bildirib ki, növbəti dəfə onların məsuliyyətli olmaları üçün tədbirlər görüləcək: “Məhkəmə qarşıdan gələn məhkəmə iclasında hazırda zalda olmayan şəxslərin iştirakını təmin etmək üçün müttəhimlər Robert Köçəryanı, Yuri Xaçaturov və Seyran Ohanyanı zorla Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə təhvil vermək qərarına gəlib”.

İclasda adı məlum "mart işi"ndə keçənlərdən yalnız keçmiş baş nazirin müavini və “Hayastan” blokundan olan deputat Armen Gevorqyan iştirak edib. Vəkillər bildiriblər ki, nə sənədlərdə, nə də əvvəlki görüşlərdə müvəkkillərinin təqsirləndirilən şəxs statusu rəsmi şəkildə qeyd olunmadığı üçün onların məhkəməyə gəlməsi tələb olunmayıb.


Tural

Seçilən
24
news365.az

1Mənbələr