AZ

COP29 çərçivəsində “AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində İtaliyanın “Ansaldo Energia” şirkətinin başicraçı direktoru Fabrizio Fabbrinin başçılıq etdiyi nümayəndəheyəti “AzərEnerji” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonundaolublar.

Trend xəbərverir ki, bu barədə “AzərEnerji” ASC məlumat yayıb.

Bildirilib ki, italiyalı qonaqlarla “AzərEnerji” ASC-nin rəhbəriBaba Rzayev arasında görüş olub.

Daha sonra “AzərEnerji” ilə “Ansaldo Energia” arasındadekarbonizasiya, kadr hazırlığı, karbon tutma, yaşıl hidrogen,kiçik modul reaktorları və başqa istiqamətləri əhatə edən anlaşmamemorandumu imzalanıb.

“AzərEnerji” ilə “Ansaldo Energia” şirkəti arasında elektrikenerjisinin istehsal sistemləri, yaşıl hidrogen istehsalına dairtəcrübə mübadiləsi ilə bağlı anlaşma memorandumu "yaşıl enerji"keçidinə mühüm töhfə verəcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29
COP29
Məqalədə:
Seçilən
10
11
az.trend.az

10Mənbələr