Rumıniya prezidenti Klaus İohannis ABŞ-dən 32 ədəd F-35 qırıcı təyyarəsinin alınmasını nəzərdə tutan qanunu təsdiqləyib.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
Məlumata əsasən, müqavilənin dəyəri 6 milyard dolları ötür. Buvəsait Müdafiə Nazirliyinin büdcəsindən və ya ABŞ hökuməti tərəfindən verilən kreditlər və ya kredit zəmanətləri hesabına təmin ediləcək.
Sövdələşməyə mühərriklərin və döyüş sursatlarının alınması, ilkin maddi-texniki dəstək, ekipajların və yardımçı heyətin təlimi, kriptoqrafik avadanlıqların alınması, həmçinin texnologiya və ya məhsul transferi ilə bağlı sənaye əməkdaşlığı layihələrinin həyata keçirilməsi daxildir.
Rumıniya Silahlı Qüvvələrinin F-35 qırıcıları ilə təchiz edilməsi proqramı iki mərhələyə bölünür. Birinci mərhələdə 32 təyyarə, ikincidə isə 16 təyyarə alınacaq.
Gülşən Şərif