AZ

“Kiçik ada dövlətlər öz səsini dünyaya ilk dəfə Azərbaycanın sayəsində - COP29-da çatdırmış oldu”

“Kiçik ada dövlətlər öz səsini dünyaya ilk dəfə Azərbaycanın sayəsində - COP29-da çatdırmış oldu”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Politoloq qeyd edib ki, təkcə bu faktın özü ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna müsbət təsir edən çox böyük bir hadisədir:

 

“Şübhəsiz, COP-un yüksək səviyyədə təşkili, bu sammitin planetimizin gələcəyinə, yer kürəsinsindəki iqlim dəyişikliyi probleminin həllinə verdiyi töhfə ,Azərbaycanın dünyadakı nüfuzuna müsbət mənada ciddi təsir göstərməkdədir.

 

COP29 sammitində plamnetimizdəki iqlim dəyişikliyi problemi sadəcə hərtərəfli müzakirə edilmir, həm də bu problemlərin həlli ilə bağlı konkret mexanizmlər ortaya qoyulur, problemlərin həlli yolları göstərilir. Artıq bəzi məqamlarla bağlı ciddi razılaşmalar var ki, bunlar da planetimizin gələcəyi, təhlükəsizliyi baxımından çox mühüm uğurlardır.

 

Azərbaycan COP29 platformasından istifadə edərək kiçik ada dövlətlərin haqq səsinin dünyaya çatdırılmasında da mühüm rol oynadı. Ada dövlətlərin nümayəndələrinə şərait yaradıldı ki, onlar öz haqq səslərini, arzu və istəklərini, problemlərini dünyaya çatdırsınlar.

 

Bu mənada COP29-un ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da gücləndirəcəyi şübhəsizdir və biz yaxın gələcəkdə bunun müsbət təsirlərinə şahid olacağıq”.

 

Seymur ƏLİYEV

 

Seçilən
6
25
moderator.az

10Mənbələr