İspaniyanın Saraqosa şəhərində qocalar evində baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, yanğın yerli vaxtla saat 05:00 radələrində Vilafranca de Ebro qəsəbəsində baş verib. Binada 80-dən çox insan olub. Şəhər meri bildirib ki, faciəyə otaqlardan birində ehtiyatsızlıq üzündən alovlanan döşək səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, ölənlər tüstüdən boğulublar.
Vəli Həsənoğlu,
KONKRET.az