AZ

Abxaziya etirazlara səbəb olan sənədi parlamentdən geri götürür

Vəziyyəti sabitləşdirmək üçün Abxaziya "prezidenti" Aslan Bjaniya Rusiya Federasiyası ilə investisiya layihələrinin Rusiya hüquqi şəxslərinin həyata keçirməsinə dair sazişin ratifikasiyası haqqında qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a prezident administrasiyasının mətbuat xidməti məlumat verib.

Bildirilir ki, hazırda prezident administrasiyası “Abxaziya Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında Rusiya hüquqi şəxsləri tərəfindən investisiya layihələrinin həyata keçirilməsinə dair sazişin ratifikasiyası haqqında” qanun layihəsinin parlamentdən geri götürülməsi ilə bağlı sənəd hazırlayır. 
Qeyd olunur ki, bu qərar respublikada vəziyyəti sabitləşdirmək məqsədilə qəbul edilib.

Seçilən
10
ucnoqta.az

1Mənbələr