AZ

Tıxaclardan birdəfəlik xilas yolu – COP29-dan sonra...

Bakının yeni Baş Planına əsasən, paytaxtın yerüstü nəqliyyat sisteminin inkişaf etdirilməsi istiqamətində tramvay və trolleybus xətlərinin çəkilməsi nəzərdə tutulub. Sözügedən layihənin praktiki icrası illərdir Bakı yollarında və metro stansiyalarda müşahidə olunan tıxac və insan sıxlığının aradan qaldırılmasına ciddi təsir edə bilər.

Yerüstü nəqliyyatda yeni vasitələrdən istifadə hazırda davam edən COP29 tədbirində də geniş müzakirə olunub. Çünki bu nəqliyyat növləri ekoloji sağlamlığın təmin edilməsi üçün də olduqca önəmlidir.

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu təşəbbüs ictimai nəqliyyatın şaxələndirilməsinə ciddi töhfə verər:

"Nəqliyyatın hərəkətində əsas üstünlüklərdən biri də ümumi olaraq ictimai nəqliyyatın şaxələndirilməsidir. O cümlədən yerüstü nəqliyyatın inkişafı da buna daxildir. Əlbəttə, bu tıxaclara təsirsiz ötüşməyə bilməz. Xüsusən, sərnişindaşımanın müntəzəm marşurt xətlərinə birbaşa təsir edəcək. Daha sonra metrostansiyalardakı insan sıxlığının azalmasına gətirib çıxaracaq. Digər tərəfdən, hər bir nəqliyyat vasitəsinin ümumi axın rentabelliyini sağlamlaşdıracaq". 

Ekspertin fikrincə, hazırda paytaxt ərzisində sərnişindaşımanın təşkili üçün tramvay və traleybuslara ciddi ehtiyac var:

"Bu növ nəqliyyat vasitələrinin başlıca predimeti ondan ibarətdir ki, onlar ekologiyanın dostudur. Çünki onların ətraf mühitə vurduğu zərər çox kiçikdir və yaxud ümumiyyətlə yoxdur. Belə nüansları nəzərə alsaq, tramvay və trolleybuslardan istifadəyə ehtiyac var. Yerüstü sərnişindaşımanın şaxələndirilməsi tıxaclara və insan sıxlığına olduqca müsbət töfhə verər".

Seçilən
10
3
day.az

4Mənbələr