AZ

Ford Motor, 165 milyon dollar cərimə ödəyəcək

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) ilə razılaşmaya əsasən, Ford Motor geri çağırma tələblərinə əməl etmədiyinə görə 165 milyon dollar cərimə ödəməyə razılaşıb.

Fins.az, NHTSA-nın verdiyi açıqlamaya istinadən xəbər verir ki, Ford Motorun arxa görüntü kameraları nasaz olan avtomobilləri vaxtında geri çağırmadığı və müvafiq qanunun tələb etdiyi kimi məlumat vermədiyi bildirilib. Bu çərçivədə şirkətlə razılığa gəlindiyi ifadə edilən şərhdə, Ford Motorun qəbul etdiyi 165 milyon dollarlıq cəzanın, müqavilə çərçivəsində şirkət tarixində ikinci ən yüksək cəza olduğu vurğulanıb 65 milyon dollar ön ödəmə və 45 milyon dollarlıq şirkətin icra öhdəlikləri üçün büdcənin 55 milyon dollarının xərclənəcəyi, 55 milyon dollarının isə təxirə salındığı bildirildi.

Açıqlamada, NHTSA-nın əlavə olaraq Forddan geri çağırma qərar vermə prosesini nəzərdən keçirməsini və lazımi dəyişiklikləri etməsini tələb etdiyi və şirkətdən geri çağırma qərarlarının sürətinin artırılmasının istəniləcəyi ifadə edildi.

Ford 2020-ci ildə arxa kamera probleminə görə 600 mindən çox avtomobili geri çağırdıqdan sonra NHTSA, şirkətin nəqliyyat vasitələrini vaxtında geri çağırıb-çağırmadığını müəyyən etmək üçün 2021-ci ilin yayında araşdırma başlatdı.

NHTSA, Fordun qeyri-dəqiq və ya natamam məlumat verdiyini, digər geri çağırışlar üçün vaxtında hesabatlar təqdim etmədiyini və avtomobilin geri çağırılması ilə bağlı məlumatların ictimaiyyətə təqdim edilməsinə tam uyğun olmadığını iddia etdi.

 

Zemfira Ms
Fins.az

 

Seçilən
8
1
fins.az

2Mənbələr