Bakı. Trend:
Albaniya Parlamentinin sədri Elisa Spiropali BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 15-dəAzərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər verir ki, HeydərƏliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatıPərvanə Vəliyeva və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də BakıdaParlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığıilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalqtəşkilatdan 92 nümayəndə heyəti iştirak edəcək.