AZ

Avropalı siyasətçilərin Gürcüstana qarşı təxribatının üstü açıldı- bunlar onların səfərindən sonra ortaya çıxıb...

Image

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisiyə səfər edən avropalı siyasətçilərin məsuliyyətsiz bəyanatlarını faşizmin təbliği kimi qiymətləndirib.

Papuaşvili müxalif “Formula” telekanalından yayımlanan videoları da sosial şəbəkə səhifəsində paylaşıb. Videolarda bəzi fəallar əllərində qara rəngli nöqtələrlə işarələnmiş ağ plakatlar tutublar. Bundan sonra isə bu cür rəngli plakatlar paytaxt Tbilisidəki bəzi tarixi abidələrin üzərində görünməyə başlayıb. Bəzi məlumatlara görə, bu cür plakatlar Avropanın 8 ölkəsindən deputatların Tbilisiyə səfərindən sonra görünməyə başlayıb.

Papuaşvili deyib: “Avropalı siyasətçilər bizim ailələrimizin içərisinə soxulurlar və bunu siyasi aktivlik kimi qələmə verməyə çalışırlar. Bu, heç də fəallıq deyil, sadəcə faşizmdir. Bu cür qara ləkəli faşist sarğıları gürcü xalqının yaddaşında faşizmin təbliğatı kimi qalacaq”.

ZÜMRÜD





Seçilən
29
baki-xeber.com

1Mənbələr