Bakının ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müxtəlif ölkələrin pavilyonları nümayiş olunur.
Digər ölkələrin pavilyonu ilə yanaşı Azərbaycan pavilyonu maraqla qarşılanıb.
Azərbaycan pavilyonunda ölkənin musiqisi, mədəniyyəti, iqlimi, insanları haqqında kitablar, video çarxlar, fotolar nümayiş olunur. İştirakçılar Azərbaycan çayına qonaq edilirlər.
Day.Az xəbər verir ki, Azərbaycan pavilyonu haqqında Bizim.Media-ya açıqlama verən COP29-un dayanıqlı inkişaf üzrə meneceri Fatimə Fətəliyeva pavilyonda əsasən iqlim dəyişmələri üzrə öhdəliklər, ölkənin mədəniyyətini nümayiş olunduğunu bildirib:
"Azərbaycanın ən böyük pavilyonu burada, Mavi Zonada yerləşir. Ümumi ərazisi 450 kvadratmetrdir, iki konfrans otağı var və 80-dən çox tədbir keçirilir. Əsas ideyası iqlim dəyişmələri öhdəlikləri və siyasətini nümayiş etdirməkdir. Pavilyonun əsas hissəsində Azərbaycan mədəniyyəti interaktiv şəkildə nümayiş olunur.
Pavilyon "Həmrəylik məkanı" adlanır. Bu da o deməkdir ki, biz iqlim böhranı ilə mübarizə aparmaq üçün birgə olmalıyıq".
O, qonaqların daha çox Azərbaycanın iqlim dəyişmələri öhdəlikləri və siyasəti ilə bağlı suallar verdiklərini qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta