AZ

Azərbaycan “İqlim üçün Mədəniyyət” platformasını işə salır

Bakı. Trend:

Azərbaycan C4C “Culture for Climate” platformasını işəsalır.

Trend xəbərverir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli COP29çərçivəsində “Mədəniyyətə əsaslanan iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli dialoq”da deyib.

“Mədəniyyət müsbət iqlim gündəliyinin formalaşdırılmasındamərkəzi rol oynayır. Bu gün Azərbaycan "C4C - İqlim üçünMədəniyyət" platformasını istifadəyə verir. Bu platformanın məqsədimədəniyyəti müsbət iqlim tədbirlərinin əsas hərəkətverici qüvvəsinəçevirmək və mədəniyyət layihələrinin davamlı təcrübə və dəyərləritəşviq edərək ilham mənbəyi ola biləcəyini vurğulamaqdır.

Keçən ay UNESCO-nun qərargahında təşəbbüsümüzün xüsusi təqdimatıkeçirildi. Tədbirdə UNESCO-nun daimi nümayəndəliklərinin 300nümayəndəsi iştirak etdi. Təqdimatın məqsədi qlobal səviyyədəiqlimin yaxşılaşdırılması üçün mədəniyyət tədbirlərinin təşviqinəyönəlmişdir", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
13
1
az.trend.az

2Mənbələr