AZ

Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”

“COP29 sülh prosesi çərçivəsində müzakirələr üçün müəyyən imkanlar yarada bilərdi”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın COP29-da iştirak etməməsinin sülh prosesinə təsirindən danışan politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, beynəlxalq tədbir hələ də davam edir və İrəvanın hansısa formada iştirakı bundan sonra da mümkündür:

“Hələlik Ermənistanın COP29-da iştirak etməyəcəyi ilə bağlı dəqiq söz söyləmək olmaz. Çünki bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan belə bir söz deməyib. Düzdür, COP29 sülh prosesi çərçivəsində müzakirələr üçün müəyyən imkanlar yarada bilərdi, ancaq sülh sazişinə ciddi təsir göstərməyəcək. Ümumilikdə, bu istiqamətdə proseslər davam edir. Yaxın perspektivdə sülh sazişinin imzalanması ilə bağlı ehtimallar isə hələ də var”.

“Ermənistan Konstitusiya Məhkəməsinin Delimitasiya Komissiyasının reqlamenti ilə bağlı qəbul etdiyi qərar bu prosesə müəyyən müsbət təsirini göstərə bilər. Azərbaycanın tələbi isə hələ də qüvvədədir. Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Yalnız bu addımdan sonra ciddi nəticə əldə etmək mümkün olacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
12
yenicag.az

1Mənbələr