AZ

Misli görünməyən sığorta fırıldaqçılığı: Ayı kostyumlu 4 nəfər həbs olundu

ABŞ-da misli görünməyən sığorta fırıldaqçılığına əl atan şəxslər “Ayı pəncəsi” adlı əməliyyatla yaxalanıb.

Publika.az xəbər verir ki, yanvar ayında 4 şübhəli sığorta şirkətinə müraciət edərək avtomobillərinə ayının hücum etdiyini bildiriblər.

İddialarını sübut etmək üçün onlar təhlükəsizlik kamerasının görüntülərini sığorta şirkəti ilə paylaşıblar. Sözügedən görüntüdə “heyvan”ın “Rolls Royce”un ön oturacağına dırmaşaraq lüks avtomobilə zədələyici hərəkətlər etdiyi görünür.

Lakin səs yazısı şübhə doğurduqdan sonra sığorta şirkəti Kaliforniyadakı səlahiyyətlilərlə əlaqə saxlayıb. Axtarış əmrindən sonra keçirilən reyd zamanı şübhəlilərdən birinin evindən ayı geyimi aşkar edilib.

Kaliforniya Sığorta İnstitutundan verilən açıqlamada bildirilib ki, videonun əlavə tədqiqi nəticəsində “ayı”nın əslində ayı kostyumu geyinən şəxs olduğu müəyyən edilib.

Seçilən
9
publika.az

1Mənbələr