AZ

Genişmiqyaslı şəbəkə infrastrukturunun inkişafını sürətləndirməliyik - Razan Mubarak

Kommunal xidmətlərə investisiyalarla təkcə şəhərlər və sənaye inkişaf etmir, həm də qalıq yanacaqlardan uzaqlaşan qlobal keçid güclənir.

“İki sahil” xəbər verir ki, bunu COP üzrə Yüksək Səviyyəli Çempion Razan al Mubarak COP29 çərçivəsində təşkil olunmuş Komunal Xidmətlər üzrə Baş İcraçı Direktorların tədbirində bildirib.

Onun sözlərinə görə, BƏƏ konsensusunda nəzərdə tutulan 2030-cu ilə qədər bərpa olunan enerjinin 3 dəfə, enerji səmərəliliyinin 2 dəfə artırılması məqsədlərinə iddialı investisiyalar olmadan nail olmaq mümkün deyil: "Bunun üçün biz genişmiqyaslı şəbəkə infrastrukturunun inkişafını sürətləndirməliyik. Dayanıqlı, çevik, etibarlı şəbəkələr olmadan, bərpa olunan enerji və davamlı enerji sistemlərinə dair iddialarımız zəifləyəcək. Bununla belə, mövcud şəbəkələr artan tələbatın, yeni nəsil mənbələrin və bərpa olunan enerjinin artan dəyişkənliyinin öhdəsindən gəlmək üçün uyğunlaşmalıdır. Gələcəyin şəbəkə infrastrukturunun qurulması üçün tələb olunan sərmayənin miqyası böyükdür."

Seçilən
20
ikisahil.az

1Mənbələr