“Kiçik ada dövlətləri üzləşdiyi problemlərin qarşısında aciz qalır. Fransa və Niderlandın indiyə qədər dünyanın müxtəlif yerlərində müstəmləkə saxlaması doğru deyil. Müstəmləkəçilik XXI əsrin ruhuna uyğun deyil”.
Bu sözləri Hit.az-a millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, kiçik ada dövlətləri illərdir çıxılmaz vəziyyətdədir. Orda müxtəlif formada təbiətə zərbə vuracaq təcrübələrin keçirilməsi həmin dövlətlərin mövcudluğunu, taleyini sual altında qoyur:
“Cənab Prezident İlham Əliyev dövlətlərinin problemlərini gündəmə gətirdi. COP29 platformasında Azərbaycan Prezidentinin çağırışı dünyada eşidiləcək, beynəlxalq təşkilatlar, böyük dövlətlər buna lazımi reaksiya verəcək”.
Sevinc