AZ

Dünyanın ən qoca rəqqasəsi öldü - FOTO

Avstraliyada dünyanın ən yaşlı rəqqasəsi Eylin Stellar Kramer vəfat edib.

Milli.Az bu barədə "ABC News"a istinadən xəbər verir. 110 yaşlı rəqqasə 1930-cu illərin sonunda baletlə məşğul olmağa başlayıb. Ömrünü peşəsinə həsr edən rəqqasə dünyanın bütün ölkələrində qastrol səfərlərində olub. O, Hindistan, Fransa, İngiltərə, ABŞ və b ölkələrdə sənətini nümayiş etdirib.

99 yaşında Sidneyə qayıdan Kramer 20 il xəstə ərinə qulluq edib. Bu səbəbdən rəqslərə ara versə də yenidən sevdiyi peşəsinə qayıdıb. O, 103 yaşında "Buddanın arvadı"nı səhnələşdirərək 17 yaşlı şahzadə rolunu oynayıb.

Rəqqasə 110 yaşında, ad günündən bir həftə sonra dünyasını dəyişib.

Barəsində "O - Bodenvizer dövrünün son rəqqasəsi, Yeni Cənubi Uelsdə ən uzunömürlü qadın və çox güman ki, dünyanın ən uzunömürlü rəqqasəsi idi", - deyə rəqqasəni tanıyanlar fikirlər səsləndiriblər.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
10
milli.az

1Mənbələr