AZ

Həddən artıq istehlak təbii resursları azaldır

İstehlakın ekoloji fəlakət yaratması haqqında deyilənlər yavaş-yavaş öz əksini tapır. Alış etməyin bizə bir düymə qədər yaxın olması insanları davamlı şəkildə alış etməyə təhrik edir.Ərincəklik və ya tənbəllik bizi bir şeylər almaqdan məhrum edə bilmir. Aldıqca daha çox təkliflər və alternativlər qarşımıza qoyulur. 

Yaşam ehtiyaclarının artmasını və hər evdən ən az iki nəfərin işlədiyini nəzərə alsaq, zamana qənaət etmək insanlar üçün ən önəmli şeylərdən birinə çevrilir. Bu da onlayn alışa müraciət etmək üçün daha bir səbəb olur.

Müasir dövrün problemlərindən biri kimi görülən istehlak çılğınlığının başqa bir ölçüsü də domino kimi bir-birinə təsir edən"Diderot effekti"dir.

Tutaq ki, siz otağınıza yeni divar kağızı çəkdiniz. Daha sonra ona uyğun pərdələr seçməyə başlayacaqsınız. Suvenirləri də dəyişməyin pis olmayacağını düşünəcəksiniz. Bu beləcə davam edəcək.

İnsanların istehlaka qarşı olan acgözlüyü iqtisadiyyatın çarxını fırladan əsaslardan birinə çevrilib.

İstehlaka qarşı olan bu doyumsuzluq resursları tükədir.

Dünya bir çox ekoloji problemlərin öhdəsindən gəlməyə çalışır. Artan əhali və istehlak vərdişləri resursları azaldır. Ehtiyacımız olmadan istehlak edilən hər bir məhsul təbiətə mənfi təsir göstərir. 

Brendlərin “bunu alma” başlığı ilə başlatdığı aksiyalar satış faizlərini artırır.

Bu misal həm də istehlakçıların real xəbərdarlıqlara baxmayaraq istehlakdan əl çəkmədiyini göstərir.

Bütün bunların qarşısını almaq cəmiyyətdən başlayır. Bu gün ölkəmizdə keçirilən COP29 kimi böyük tədbirin də mahiyyəti budur. Toplum olaraq dövlətimizin gördüyü işləri dərk etməli, gələcək nəsillərə yaşanılacaq bir dünya buraxmalıyıq.

Ekspertlər deyir ki, lazımsız istehlakdan qaçmağın yeganə yolu istehlakın keçici həzz verdiyini bilməkdir.

Köhnə “xalatlarımızın” ustası olmaq yerinə, yenisinin qulu olmayaq. Çalışaq ki, istehlak xəstəliyi bizi qulaq çevirməsin.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
17
demokrat.az

1Mənbələr