Məsələyə turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında münasibət bildirib. O qeyd edib ki, bu, Türkiyəyə səfər edən azərbaycanlı turistlərin sayının azalmasına səbəb ola bilər:
“Bu, çox aktual məsələdir. Türkiyədəki hər şey daxil otel sistemi azərbaycanlı turistlər üçün çox əlverişlidir. Erkən rezervasiya vaxtı 30 faiz ilkin ödəniş edilir, qalan 70 faiz məbləğsə hissə-hissə ödənilir. Həm endirimlərdən yararlanırdılar, həm də ödənilən məbləğ insanların iqtisadi vəziyyətinə ciddi təsir etmirdi. Uçuşa bir həftə qalmış ödənişi tamamlayırdılar. Bu ödənişə otelin əksər xidməti, gündə üç dəfə qidalanma daxil olur. Dünyada qidanın qiyməti bahalaşır. Bunu nəzərə alsaq deyə bilərik ki, otellərin xərci də artır. Hər şey daxil sisteminin ləğvi otellərin işinə çox təsir edəcək. Turistlərin sayında azalmalar müşahidə olunacaq. Antalya, İzmir, Kuşadasına gedənlərin çoxu otellərdə hər şeyin qiymətə daxil olmasına görə bu istiqamətləri seçilər. Əgər bu ləğv olunarsa, Şarm Əl Şeyxə və Misirin digər yerlərini gedəcək azərbaycanlılar. Həm fərqli məkan, həm də hər şey daxil sistemindən yaranlanacaqlar. Yeri gəlmişkən, oradakı otelləri də türk hotelyerlər işlədir”.
Törə Zeynallı
Demokrat.az