İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında bildirib:
"Ölkələrimizin iqtisadi tərəfdaşlığının prioritet istiqamətləri, sənaye, energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə etdik.
Yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikirlərimizi bölüşdük".