AZ

Gül kələminin bilmədiyiniz faydaları

İnsan orqanizmi üçün sözün həqiqi mənasında çox faydalı olan tərəvəzlərdən biri də gül kələmidir.

Gül kələmindən mütəmadi istifadə edən, ondan müxtəlif salatların hazırlayan, yeməklərə qatan ailələr az deyil. 

Hit.az xəbər verir ki, gül kələminin ağ hissəsi ilə yanaşı, yarpaqları da kalsium deposudur.  

Araşdırmalar zamanı müəyyən edilib ki, gül kələmi tərkibində çoxlu miqdarda C vitamini var. 

Bu səbəbdən gül kələmi insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin müxtəlif infeksiyalara davamlılığını artırır, orqanizmdə gedən qocalma prosesləri ləngidir.

Bundan əlavə gül kələmin tərkibində B qrupu, A, E, D, K, U kimi çox lazımlı vitaminlər və dəmir, kalsium, kalium, sink, fosfor, mis və s. kimi mikroelementlər var. 

Gül kələmi mədə-bağırsaq sistemində müxtəlif pozulmalar olan insanlar üçün olduqca faydalıdır. Gül kələmi qəbizliklə də mübarizə etməyə kömək edir, ödün ifrazını artırır, həzm prosesləri stimullaşdırır.

Gül kələmi həzm sisteminin selikli qişalarını qıcıqlandırmır və bu səbəbdən 1 yaşına qədər olan körpə uşaqların ilk əlavə qidalanmasında müxtəlif suplar və pürelərin hazırlanmasında geniş istifadə olunur.

Sevinc

Seçilən
25
hit.az

1Mənbələr