AZ

SOCAR Yaşıl İnkişaf Portalı konsepsiyasına dəstək verdiyini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaşıl İnkişaf Portalı konsepsiyasına dəstək verdiyini açıqlayıb.

Fins.az xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Qlobal enerji keçidinin təmin edilməsi iqtisadi rifaha necə yeni yollar təklif edə bilər?" tədbirində çıxış edib.

K.Nəcəfov bildirib ki, 2030-cu ilə qədər bütün əməliyyat aktivlərinin paylaşılması və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq SOCAR-ın önəmli hədəflərindəndir. Bu məqsədlərə çatmaq üçün üç əsas istiqamətdə fəaliyyət göstərilir:

  1. Əsas biznesin, yəni neft və təbii qaz sahəsinin dekarbonizasiyası;
  2. Təşkilati transformasiya və dekarbonizasiya ilə yanaşı bərpa olunan enerji təfəkkürünün qəbul edilməsi;
  3. Aşağı karbonlu bizneslərin inkişafı, xüsusən külək, günəş və hidrogen enerjisi sahələrində tərəfdaşlarla əməkdaşlıq.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, bu yanaşma Yaşıl İnkişaf Portalı konsepsiyasına uyğun gəlir və şirkət bu istiqamətdə fəal, gəlirli və maliyyə cəhətdən dayanıqlı qalmağı hədəfləyir. K.Nəcəfov SOCAR adından Yaşıl İnkişaf Portalına dəstəyini və həvəsini bir daha təsdiq edib.

Seçilən
19
fins.az

1Mənbələr