Suxumidə etirazçılar Abxaziya prezidentinin adı və soyadı yazılmış lövhəni sökərək liderin administrasiyasının binasından çıxarıb parlament binasının qarşısına qoyublar.
Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Xəbər verdiyimiz kimi, bu gün - noyabrın 15-də Abxaziya parlamentində deputatların Rusiya ilə qalmaqallı investisiya müqaviləsinin ratifikasiyası məsələsinə baxacağı iclası keçirilməli idi. Müxalifət yerli sakinlərin maraqlarına cavab vermədiyini hesab edərək bir neçə min insanın iştirakı ilə etiraz aksiyası təşkil edib.
Müxalifətçilər bu sazişin Rusiya şirkətlərinə Abxaziyada kütləvi şəkildə mənzil tikintisinə başlamağa imkan verəcəyini və bu, onların fikrincə, mənzil qiymətlərini artıracağını, yerli kiçik və orta biznes üçün risklər yaradacağını bildiriblər.
Parlamentarilər sonda iclası ləğv ediblər, lakin etirazçılar bu qərarla kifayətlənməyiblər - onlar deputatların məsələyə baxmasını və müqavilənin ratifikasiyasının əleyhinə səs vermələrini istəyiblər. Daha sonra etirazçılar parlamenti və prezident administrasiyasını ələ keçirərək dövlət başçısının istefasını tələb ediblər.
E.ŞİRİNOV