AZ

Telegram-da göndərilən fotonu açan kişi 380 manatınI İTİRDİ

Telegram-da göndərilən fotonu açan Moskva sakini 22 min rublunu (təxm. 380 man) itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildrilir ki, Moskva sakini Aleksandra Telegram-da fotoşəkil göndərilib, üzərinə kliklədikdən sonra xeyli məbləğdə pulu oğurlanıb.

Hakerlər həmin şəxsə şəkil göndərərək fotodakı onun olub-olmadığını soruşublar. Zərərçəkənin dediyinə görə, şəkilə toxunanda dialoq dərhal itib.

20 dəqiqədən sonra Aleksandra bankdan zəng gəlib və bank kartından köçürməni təsdiq etməyi xahiş edib.

Kişi heç yerə pul göndərmədiyi üçün dərhal kartı bloklayıb. Amma sonradan daxil olanda naməlum şəkildə kartdan 22 min rublun silindiyini görüb.

Eyni zamanda, o, kodu olan SMS almadığını qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr