AZ

Milyarderlər hakimiyyətə sahibləndi – Ölkə düzəni yenidən formalaşır

  ABŞ media nəhəngi “Comcast” şirkətinin MSNBC televiziya kanalını satmaq variantlarını nəzərdən keçirdiyinə dair xəbərlər yayılır. Hətta məlumata görə, amerikalı milyarder İlon Mask kanalı almaq niyyətindədir. 

İlon Maskın Tramp administrasiyasında önəmli vəzifə tutacağı məlumatı yayılıb. Bəzi rəylərə görə, biznesmen, iş adamı vəzifə tutduqda əsas hədəf kimi öz maraqlarını güdür, dövlətin maraqları arxa plana keçirir. İlon Mask kimi qlobal səviyyəli bir milyarderin ABŞ dövlətində vəzifə tutması, prezidentə yaxın mövqedə olması da bu baxımdan təhlükəli sayılır.

Milyarderin dövlətdə yüksək vəzifəyə gətirilməsi, geniş səlahiyyətlər verilməsi həmin ölkəyə, dövlətə nə vəd edir? 



Zeynal Əmrəliyev

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ iş adamlarının siyasətə daxil olmasına öyrəşməyib:

 “ABŞ-da bu günə qədər iş adamlarının siyasətə daxil olmasına çox az hallarda rast gəlinib. Bir dəfə nüfuzlu ailənin üzvü Cerald Ford ölkənin vitse-prezidenti vəzifəsini tutub. Bundan sonra isə Donald Trampa qədər biz ABŞ-da iş adamlarının dövlət vəzifəsində çalışmasının şahidi olmamışıq. Qlobal proseslərdə iştirak edən, mühüm əhəmiyyətli sosial şəbəkəyə, media resurslarına malik olan İlon Mask kifayət qədər siyasətə daxil oldu. Donald Trampın seçki kampaniyasında aktiv şəkildə iştirak etdi. Bundan sonra onun dövlət vəzifəsinə, dövlət nəzarətini həyata keçirən qurumlardan birinin başına gətirilməsi onu göstərir ki, Maskın hədəfi böyükdür, siyasi həyatda aktiv rol oynayacaq”.

Politoloqun sözlərinə görə, həmin proses həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər:

“İlon Mask kifayət qədər təcrübəli, idarəçilik qabiliyyətinə malik, peşəkar bir şəxs ola bilər. Onun hazırda ölkədə kifayət qədər böyük biznesi var. ABŞ-ın ən zəngin şəxsidir. Bundan da öz məqsədləri üçün istifadə edə bilər. O, Donald Tramp üçün də vazkeçilməz sayılacaq fiqurlardan biridir. Ona təsiri də kifayət qədər yüksəkdir. Ümumiyyətlə, ABŞ-ın siyasi həyatına, rəqabət mühitinə və s. ciddi təsir göstərəcək. Yaxın 4 il ərzində dünyanın ən varlı şəxsi öz gücünü daha da artırmaq üçün siyasətdən istifadə edəcək ”.   

Seçilən
15
referans.az

1Mənbələr