AZ

Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 16,8 % artırıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq, 124,9 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, yalnız oktyabr ayında Türkiyə Özbəkistana 13,7 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 19 faiz artım deməkdir.

Eyni dövr ərzində, Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2,8 faiz artaraq, 13,7 milyard dolları keçib. Oktyabr ayında isə ümumi ixrac 1,5 milyon dollar olub, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,2 faiz artıb.

Bundan əlavə, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə elektrik avadanlıqları ixracını 16,6 milyon dollar məbləğində gerçəkləşdirib.

Fuad Mədətov
Fins.az

Seçilən
12
42
fins.az

10Mənbələr