AZ

"Vərəmlə mübarizə sahəsinə ayrılan büdcə də azalıb" – Stop TB nümayəndəsi

“Süni intellektdən istifadə edərək günəş enerjisini, Vərəm molekulyar laboratoriya testlərini və portativ rentgen müayinələrini birləşdirən inteqrə olunmuş sistem: vərəmin diaqnostikası üçün yeni konsepsiya” adlı tədbirdə çıxış edən Stop TB Tərəfdaşlığının İcraçı Direktorunun müavini Suvanand Sahu vərəmlə mübarizə sahəsində yeni texnologiyaların rolunu vurğulayıb. 

QHT.az xəbər verir ki,  bu tədbir Səhiyyə Nazirliyi, İsveçrənin Stop TB Tərəfdaşlığı (STBP) və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyası və Milli QHT Forumunun təşkilatçılığı ilə keçirilib. İcraçı Direktorunun müavini BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün texnologiyaların əhəmiyyətindən danışıb. Suhanand Sahu həmçinin Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına istinad edərək bildirib ki, vərəmlə mübarizədə həm irəliləyişlər, həm də problemlər mövcuddur:

“Fürsətdən istifadə edərək Azərbaycan Hökumətinə və Səhiyyə Nazirliyə təşəkkür etmək istəyirəm ki, COP tarixində ilk dəfə vərəmlə mübarizə, COP gündəminə daxil edilib və COP29-un uğurlu başlanması münasibətilə sizi təbrik etmək istəyirəm. Ümumdünya Səhiyyə Təşkilatının hesabatı ilə yəqin ki, tanışsınız. Bu hesabat iki həftə əvvəl dərc olunub və orada həm müsbət, həm də mənfi xəbərlər yer alıb. Mənfi xəbər budur ki, vərəm hallarının sayı azalmayıb, üstəlik, vərəmlə mübarizə sahəsinə ayrılan büdcə də azalıb. Müsbət xəbər isə ondan ibarətdir ki, müayinə olunan və əlavə müalicəyə cəlb edilən insanların sayı əhəmiyyətli dərəcədə artıb. Biz inanırıq ki, yeni texnologiyalar keçən il BMT Baş Assambleyası qarşısında üzərimizə götürdüyümüz hədəflərə çatmaqda bizə kömək edəcək. Ancaq bunun üçün əlavə vəsaitin ayrılması vacibdir.”

Seçilən
29
qht.az

1Mənbələr