İspaniyanın Saraqosa şəhəri yaxınlığındakı Villafranca de Ebro qəsəbəsindəki qocalar evində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın “Heraldo” nəşri məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində on nəfər ölüb, azı iki nəfər ağır yaralanıb.
Yaşlılara və ruhi xəstələrə qulluq edən mərkəzdə yanğın zamanı 82 nəfər olub.
Yanğının səbəbi və qurbanların sayı hələlik məlum deyil.