AZ

"Qarabağ"-ın rəqibi liqadan uzaqlaşa bilər

Fransa Liqa 1 təmsilçisi "Lyon" mövsümün sonuna qədər borclarını ödəməsə elitanı tərk edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə insayder Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Hazırda maddi sıxıntılar yaşayan kluba transfer qadağası qoyulub.

Lyon şəhərinin eyni adlı komandası borclarını ödəyə bilməyəcəyi təqdirdə növbəti mövsüm Fransa Liqa 2-də mübarizə aparacaq.

Qeyd edək ki, "Lyon" UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"la üz-üzə gələcək. Qarşılaşma noyabrın 28-də Bakıda keçiriləcək.


Müəllif: Teleqraf.com
Seçilən
16
7
teleqraf.com

8Mənbələr