Afrika Millətlər Kubokunun seçmə mərhələsində beşinci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi öz meydanında Misirlə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Andrade 46-cı dəqiqədə Deroy Duartenin əvəzinə meydana daxil olub. "Qarabağ"ın yarımmüdafiəçisi 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Bu heç-heçədən sonra xallarının sayını 4-ə çatdıran Kabo-Verde millisi qrupda üçüncü yeri tutur. Komanda seçmə mərhələdəki son oyununu noyabrın 19-da Mavritaniyaya qarşı keçirəcək.