AZ

Ürəkdə piylənmə niyə normal çəkisi olan insanlarda da rast gəlinir?

Amerikalı kardioloqlar normal çəki ilə belə ürəyin piylənmədən əziyyət çəkə biləcəyini göstərən araşdırma aparıblar. Təxminən on nəfərdən birində yüksək perikardial yağ var. Rusiyalı akademik Yuri Belenkov bunun niyə təhlükəli olduğunu "Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq şousunda izah edib.

Daxili orqanları əhatə edən piylərə visseral deyilir. Qarın boşluğunda və ürəyin ətrafında belə piylər tapıla bilər. Həkim qeyd edib ki, bu yağ hormonal cəhətdən aktiv olduğu üçün pisdir və adiponektinlər deyilən hormonlar istehsal edir. Bunlar iştahı və qidadan yağ istehlakını və ya qlükozanın piy toxumasına çevrilməsini stimullaşdıran hormonlardır.

Bu, immunitet sisteminə təsir edir, iltihaba gətirib çıxarır və insulin müqavimətini, sonra isə şəkərli diabeti əmələ gətirir. Bütün bu proseslərə görə miokard fibrozu, ürək ritminin pozulması, miokardın hipertrofiyası, nəfəs darlığı baş verə bilər.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
62
ikisahil.az

1Mənbələr