AZ

Türkmənistan Prezidenti Baş nazirin müavini və ticarət nazirini vəzifəsindən azad edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ticarət kompleksinə, toxuculuq sənayesinə və özəl sektora nəzarət edən Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevi vəzifəsindən azad edib.

"Far.Az"un məlumatına görə, bu barədə "Neytral Türkmənistan" rəsmi qəzeti xəbər yayıb.

Məlumata görə, Atdayev ona həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilmədiyi üçün tutduğu vəzifədən azad edilib. Əvvəllər Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri vəzifəsini tutmuş Nökərqulu Ataquliyev Baş nazirin bu sahələrə cavabdeh olan yeni müavini olub. Ona altı ay sınaq müddəti verilib.

Berdıməhəmmədov Nazirlər Kabinetinin iclası zamanı həmçinin işində yol verdiyi ciddi nöqsanlara görə ticarət və xarici iqtisadi əlaqələr naziri Beqenç Qoçmollayevi tutduğu vəzifədən azad edib. Nazir müavini vəzifəsini icra edən Kərim Qurbanov müvəqqəti olaraq nazir vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, Atdaev 2022-ci ilin iyunundan Baş nazirin müavini vəzifəsində çalışıb, Qoçmollayev 2022-ci ilin iyulundan ticarət naziri təyin edilib.

Seçilən
16
5
far.az

7Mənbələr