AZ

Türkmənistan prezidenti baş nazirin müavini və ticarət nazirini vəzifəsindən azad edib

Türkmənistan prezidenti Sərdar Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevi vəzifəsindən azad edib.

"Operativ Media" xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Məlumata görə, Atdayev ona həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilmədiyi üçün tutduğu vəzifədən azad edilib.

Əvvəllər Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri vəzifəsini tutan Nökərqulu Ataquliyev baş nazirin bu sahələrə cavabdeh olan yeni müavini olub. Ona altı ay sınaq müddəti verilib.

Həmçinin, Nazirlər Kabinetinin iclası zamanı Berdıməhəmmədov işində yol verdiyi ciddi nöqsanlara görə ticarət və xarici iqtisadi əlaqələr naziri Begenç Qoçmollayevi tutduğu vəzifədən azad edib.

 

Seçilən
16
3
operativmedia.az

7Mənbələr