“O, Ermənistanın səylərini dəstəkləməyə meylli deyil”
ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp artıq demək olar ki, öz komandasını müəyyənləşdirib. Onun ümumi siyasi kursun necə olacağı isə yalnız inauqurasiyadan sonra bəlli olacaq.
Trampın önündə illərlə üst-üstə yığılmış bir çox mürəkkəb problemlər dayanır. Ölkə iqtisadiyyatının “Make Amerika Great Again” şuarına uyğun səviyyəyə gətirilməsi asan məsələ deyil və hər şey təkcə gözəl şüarlarla həll edilmir.
Amerika iqtisadiyyatının izolyasiyaya salınması artıq mümkünsüzdür. İndi XX əsrin əvvələrinin şərtləri çərçivəsində işləmək olmaz. ABŞ beynəlxalq siyasi arenada yeniliklər etməklə yanaşı, öz milli maraqlarına uyğun siyasət aparmağa məhkumdur, əks təqdirdə dünya xoşagəlməz mənzərə ilə üzləşə bilər.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Tramp 2.0 Amerikanın xarici siyasətini necə dəyişəcək” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.
Həmin məqaləni təqdim edirik: ”Bəlkə də xarici siyasət seçki zamanı mərkəzi məsələ deyildi, lakin Donald Trampın Ağ evə qayıtması dünya siyasəti üçün böyük nəticələr gətirəcək. Trampın yanaşması müharibədən sonrakı konsensusdan (İkinci Dünya Müharibəsi) kəskin fərqlənir. Bu konsensusa görə hətta maliyyə və əsgər itkisiylə müşahidə olunmasına baxmayaraq, ABŞ öz gücündən istifadə etməklə demokratiyanın və təhlükəsizliyin təmin olunmasıyla qlobal sabitləşdirici rolunda çıxış edib.
Trampın proqnozlaşdırlmayan hərəkətləri və dayanıqlı normalardan imtinaya hazır olması dünyanın əsas qaynar regionlarında radikal yeniliklərə yol açaraq gördüyümüz qlobal nizam sistemini potensial şəkildə dəyişə bilər.
Ən dramatik dəyişiklər Ukraynada baş verə bilər. Bayden administrasiyası Ukraynanın suverinliyini dəstəkləyib, lakin ABŞ silahından istifadəyə məhdudiyyət qoyub ki, bu da Rusiyaya lazımi cavab zərbəsi vurmağa mane olur. Hərçənd ki, bu, Ukraynanı məyus edib, amma Tramp daha da pis ola bilər. O, Vladmir Putinə çoxdandır ki, rəğbətini nümayiş etdirir və Tramp birinci impiçmentinə səbəb olmuş qalmaqalda Zelenskinin mövqeyindən narazı qalıb.
Tramp Zelenskini Rusiya ilə danışıqlara sövq etmək üçün Ukraynaya edilən hərbi yardımları azalda bilər. Trampın keçmiş müşavirləri Rusiyanın versiyasını təkrar edərək, müharibəyə NATO-nun genişlənmə istəyinin səbəb olması fikrini formalaşdırıblar. Trampın digər keçmiş silahdaşları isə ona Ukraynanı daha etibarlı dəstəkləməyi təklif ediblər. Həmin təkilfə Rusiya ərazisinə Amerikan silahları ilə zərbə vurlumasına qoyulan məhdudiyyətllərin götürülməsi də daxildir.
Ukraynadan imtina edilməsi Avropa siyasətində “zəlzələ” effekti yarada bilər. Avropa Birliyi mürəkkəb seçim qarşısında dayanacaq. Avropa Birliyi ya ABŞ tərəfindən tərk edilmiş meydanda əmələ gələn boşluğu doldurmaq üçün müdaxilə etməli və Ukraynanın müdafiəsi üçün mexanizmləri möhkəmləndirməlidir, ya da ki, sakit dayanıb Rusiya işğalının nəzarətdən çıxmasına imkan verəcək qədər riskə getməlidir.