AZ

Özbəkistan ölkəni İT mərkəzinə çevirməyə çalışır

Bakı. Trend:

Özbəkistan ölkəni İT mərkəzinə çevirməyə çalışır.

Trend xəbər verir ki, bunuÖzbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov “YaşılRəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmimasada deyib.

“Biz ölkəmizi İT mərkəzinə çevirməyə, İT şirkətləri üçün rəqabətmühiti yaratmağa çalışırıq ki, onlar ölkəmizə gələrək özbizneslərini inkişaf etdirə bilsinlər. Çalışırıq ki, onlarÖzbəkistanda özlərini evlərindəki kimi hiss etsinlər.

Eyni zamanda, biz rəqəmsal texnologiyalardan insanların həyatınıyaxşılaşdırmaq üçün istifadə edirik. Məsələn, dövlət xidmətlərinin80 faizdən çoxu artıq onlayn təqdim olunur. Bu, həmçininvətəndaşlar və biznes üçün rəqəmsal izi azaltmağa imkan verir,çünki xidmətlər üçün ofisdən ofisə hərəkət etməyə ehtiyacqalmır.

Bununla yanaşı, süni intellektin məlumat mərkəzlərinə artantələbatını nəzərə alaraq, biz Səudiyyə Ərəbistanından olantərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində tamamilə karbonemissiyasız məlumat mərkəzinin yaradılmasını təşəbbüs edirik. Bu,süni intellekt xidmətləri üçün rəqəmsal enerji sahəsindəpotensialımızı daha effektiv istifadə etməyə imkan verəcək”, - deyəo vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
36
1
az.trend.az

2Mənbələr