AZ

Yaponiyalı qonağın COP29-la bağlı TƏƏSSÜRATLARI -FOTO/VİDEO

COP29-un altıncı günü pavilyonlarda tədbirlər və nümayişlər davam edir. Burada yüzdən çox ölkənin və təşkilatın pavilyonları yer alır. Onlar iqlim dəyişikliklərində öz rollarını müxtəlif üsullarla nümayiş etdirirlər.

Pavilyonlar arasında Yaponiya diqqəti cəlb edir. Onlar texnologiya cəhətdən öz inkişaflarını pavilyonlarına da əks etdiriblər. Hətta süni intelekt vasitəsilə müxtəlif şirkətlər iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün öz həll yollarını göstərirlər.

Yapon şirkəti olan "Hitachi"nin meneceri Masaaki Yasui Bizim.Media-ya konfransla və Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

"Biz iqlim dəyişikliyinə uyğunlaşmağa fokuslanmışıq. Azərbaycana ilk dəfədir gəlirəm. Bakı çox gözəl şəhərdir. Konfransdan gözləntilərimiz çoxdur. Ümid edirik ki, ekoloji cəhətdən təmiz və iqlim dəyişikliyinə uyğunlaşmış bir dünya yarada biləcəyik".

Şirkət nümayəndələri hazırladıqları maketlə günəş enerjisi və yağış vasitəsilə yaşıl elektrik şəbəkəsini necə yarada bildiklərini göstəriblər.





Nuray, Bizim.Media

Seçilən
24
45
bizim.media

10Mənbələr