AZ

COP29 Prezidenti: Parlamentlər iqlim dəyişmələri problemlərinin aradan qaldırılmasında mühüm rol oynaya bilər

Parlamentlər iqlim dəyişmələri problemlərinin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev deyib.

Muxtar Babayev bildirib ki, parlamentlər hər il büdcəni təsdiq edir, iqtisadi qanunlar qəbul edilir. “Bu zaman siyasi və iqtisadi baryerlər böyük problem ola bilər. Biz həm ədalətli, həm də ambisiyalı tədbirlərin şahidi olmalıyıq”.
Seçilən
25
2
sherg.az

8Mənbələr