AZ

Azərbaycanın enerji keçidi üzrə bp ilə fəal əməkdaşlığı genişlənir

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə bildirilib ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində enerji keçidi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu baxımdan, bp şirkəti ilə enerji keçidi, o cümlədən, günəş enerjisi layihəsi üzrə tərəfdaşlığın önəmi diqqətə çatdırılıb.

Qeyd olunub ki, şirkət Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.

Tərəflər ölkəmizin fəal iştirakı ilə reallaşan yaşıl enerji layihələri, enerji transformasiyası sahəsində birgə fəaliyyətin möhkəmləndirilməsi imkanları və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Seçilən
16
16
fins.az

10Mənbələr