AZ

Siyasi-analitik: Qreta Tunberq bu proseslərdə ermənilərin siyasi alətinə çevilib...

Tbilisidə və İrəvanda COP29-a qarşı keçirilən aksiyaya Qreta Tunberqin rəhbərlik etməsi diqqət çəkəndir...

Kənan Novruzov: “Bu gözləniləndir. Yəni ermənilər müxtəlif formada Azərbaycanın COP29-a ev sahibliyinə kölgə salmağa çalışırlar”.

“Qreta Tunberqin məsələyə cəlb olunması diqqət çəkmək üçündür. Çünki Tunberq dünyada tanınmış akoaktivistdir”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Tbilisidə və Ermənistanda COP29-a qarşı keçirilən aksiyanı Poliqon-a şərh edərkən qeyd edib.

Bir neçə gün öncə Tbilisidə erməni, azərbaycanlı və gürcü “fəalların” COP29-a qarşı aksiya keçirməsi birmənalı qarşılanmayıb. Etirazlar zamanı iştirakçılar Azərbaycanı xaricdəki erməni lobbisinin şüarı olan “etnik təmizlik”də ittiham ediblər. Maraqlı məqam isə aksiyaya dünyaca məşhur “iqlim aktivisti” Qreta Tunberqin rəhbərlik etməsidir. Tunberq Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsinə qarşı olan avropayönümlü kəsimin təşkil etdiyi aksiyalara qoşulmaq üçün Tbilisiyə gəlib. Burada bir sıra “fəalların” COP29-a qarşı çağırışlarına qoşulub.

Bundn sonra Tunberq Bakıya qarşı mövqe sərgiləmək məqsədilə COP29-u boykot etmək üçün Gürcüstandan Ermənistana gedib. “İqlim aktivisti” İrəvanda siyasi xarakterli bir sıra anti-Azərbaycan tədbirlərinə qatılıb və Azərbaycana qarşı siyasi xarakterli böhtan aksiyalarında yer alıb.

Bu mövzu ilə bağlı Poliqon-nun əməkdaşı siyasi analitik Kənan Novruzovun fikirlərini öyrənib.

Kənan Novruzov: “İstisna etmirəm ki, Fransa, ABŞ, Niderland ekoaktivistin Ermənistanda siyasi şüarlarla çıxış etməsinə rəsmi İrəvana təlimat veriblər”

Ermənilərin Qreta Tunberqin personasından istifadə etdiyini vurğulayan analitik Poliqon-a bildirib ki, bunların ciddi nəticəsinin olacağı gözlənilmir. Bütün bunlar sadəcə milçək vızıltısı kimi ancaq ürək bulandırır:

“Bu gözlənilənən idi. Yəni ermənilərin müxtəlif formada Azərbaycanın COP29-a ev sahibliyinə kölgə salmağa çalışırlar. Bu gün bir çox Qərb dövlətləri, o cümlədən də, Fransa, ABŞ, Niderland COP29-a kölgə salmaq kampaniyasına qoşulublar. İstisna etmirəm ki, Fransa, ABŞ, Niderland ekoaktivistin Ermənistanda siyasi şüarlarla çıxış etməsinə rəsmi İrəvana təlimat veriblər. Bu baxımdan Qreta Tunberqin məhz Ermənistanda şou göstərməsi başa düşüləndir.

Mən istisna etmirəm ki, Ermənistan rəsmiləri COP29-a gələcəklər. Ermənistanın hələ də COP29-a iştirak etməməsi məhz Qərbin diqtəsinin nəticəsidir və açıq deyim ki, bu da bir daha İrəvanın regionun ümumi maraqlarına qarşı olduğunun açıq göstəricisidir.

Ermənilər tərəfindən Qreta Tunberqin məsələyə cəlb olunması isə diqqət çəkmək üçündür. Çünki Tunberq dünyada tanınmış ekoaktivistdir. Ermənilər və patronları buna görə onun personasından istifadə edirlər və Tunberq bu proseslərdə alətə çevilib. Ancaq əlbəttə ki, bunların ciddi nəticəsinin olacağı gözlənilmir. Bütün bunlar sadəcə milçək vızıltısı kimi ancaq ürək bulandırır və şoudan başqa bir şey deyil. Çünki COP29 ən yüksək səviyyədə öz işini davam etdirir”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr