AZ

Poçtalyon isti radiatora ilişmiş 84 yaşlı pensiyaçını ölümdən qurtarıb

Sosial şəbəkələrin Rusiya seqmenti Ufadan olan qəhrəman poçtalyonu müzakirə edir. Gazeta-nın yaydığı məlumata görə, poçtalyon çarpayıdan yıxılaraq başı isti radiatora ilişib qalmış yaşlı qadının xilas edilməsində mühüm rol oynayıb. 

Poçt işçisi təcili xidmətlə əlaqə saxlayıb və bildirib ki, o, yaşlı insanlara təqaüdləri çatdırır. Həmin vaxt mənzillərin birində başı radiatora ilişmiş pensiyaçı görüb. Axtarış-xilasetmə qrupunun əməkdaşları və santexnik istilik sistemini söndürmək üçün hadisə yerinə gediblər.

Mütəxəssislər xəstənin mənzilinə asan girə bilməyiblər. Qadının iki sərxoş oğlu analarına kömək etdiklərini deyiblər. Xilasedicilər sərxoş şəxslərin sözlərini yoxlamaq qərarına gəliblər və 84 yaşlı təqaüdçünü yerdə huşsuz vəziyyətdə aşkar ediblər. Yaşlı qadın müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Tural

Seçilən
22
news365.az

1Mənbələr