AZ

Gürcüstanda MSK sədrinin üstünə qara boya atıblar

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) müxalifətçi üzvü David Kirtadze komissiyanın sədri Giorgi Kalandarişvilinin üzərinə qara boya töküb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə etiraz aksiyası fonunda baş verib. Müxalifətçilər hazırda seçkilərin yekun protokoluna baxılan Gürcüstan Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında toplaşıblar.

Mərkəzi Seçki Komissiyasının iclası dayandırılıb.

Xatırladaq ki, Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Bu nəticə Qərb dövlətləri arasında kəskin reaksiyaya səbəb olub və orada araşdırmaya çağırıblar.

Gürcüstan Baş Prokurorluğu mümkün seçki saxtakarlığı ilə bağlı araşdırma elan edib. Hətta indiki prezident Salome Zurabişvili də şübhə altına düşüb. Lakin o, Rusiyanın seçkiyə müdaxilə etdiyini “hiss etdiyini” bildirərək prokurorlarla danışmaqdan imtina edib.

Daha sonra prokurorlar bülletenlərin kütləvi şəkildə doldurulmasının təşkilatçılarına qarşı rəsmi ittihamlar irəli sürüblər.

Seçilən
5
1
news24.az

2Mənbələr