AZ

Gürcüstanda seçki nəticələri ilə bağlı SON DƏQİQƏ məlumatı  

 

Gürcüstanın Mərkəzi Seçki Komissiyası bu gün iclas keçirib. İclasda oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələri təsdiqlənib.

Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası 89 (53,93%), “Dəyişiklik üçün Koalisiya” 19 (11,03%), “Vahid Milli Hərəkat” 16 (10,17%), “Güclü Gürcüstan” - 14 (8,81%), “Gürcüstan naminə” isə (7,78%) 12 deputat mandatı əldə edib.

Qeyd edək ki, seçkilərin nəticələri nə müxalifət, nə prezident Salome Zurabişvili, nə də Avropa İttifaqı və ABŞ rəhbərliyi tərəfindən tanınmayıb. Bəzi müxalifət partiyaları yeni seçkilərin keçirilməsini tələb ediblər. Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, ölkə dərin siyasi böhrana girdiyi üçün yeni parlament seçkiləri keçirilməlidir və bu prosesdə Avropa yardımçı olacaq.

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə müxalifətin ölkədəki parlament seçkilərində pozuntularla bağlı ittihamlarını rədd edib və əlavə edib ki, yeni seçkilər olmayacaq.



Nigar HƏSƏNLİ,

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr