AZ

Oyun zamanı başından yaralandı

Meksika millisinin baş məşqçisi Xavyer Aqirre oyun zamanı başından yaralanıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, tribunadan atılan pivə bankası onun başına dəyib.

Hadisə KONKAKAF Millətlər Liqasının 1/4 finalında, Honduras ilə oyun (0:2) zamanı baş verib.

Meksika Futbol Federasiyası Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələrinin Futbol Konfederasiyasından (KONKAKAF) hadisə ilə bağlı təcili və qəti tədbirlər görməyi tələb edib.

Seçilən
31
2
bakivaxti.az

1Mənbələr