AZ

Umayra Tağıyeva: Erkən Xəbərdarlıq Sistemləri icmaları təhlükələrdən qorumağa imkan verəcək

Erkən Xəbərdarlıq Sistemləri icmaları təhlükələrdən qorumağa və davamlılığı artırmağa imkan verəcək.

APA xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində "Artan Dayanıqlılıq üçün İqlim Məlumatlılığının və Çoxsaylı Təhlükələrlə bağlı Erkən Xəbərdarlıq Sistemlərinin Gücləndirilməsi" mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O qeyd edib ki, COP29-un əvvəlindən indiyədək bu sistemlərə həsr olunmuş bir neçə yüksək səviyyəli tədbirlər keçirilib: "Dünya artıq orta temperaturun dəyişməsini, fəsillərin dəyişməsini, ekstremal hava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələri yaşayır. Ölkələr və icmalar uyğunlaşma həlləri kimi Erkən Xəbərdarlıq Sistemlərini inkişaf etdirməli və iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün tədbirlər həyata keçirməlidir. Bunun uğurlu yaradılması təkcə hökumətlərdən deyil, həm də maraqlı tərəflərin, o cümlədən yerli icmaların, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatların, dövlət və özəl sektorların, vətəndaş cəmiyyətinin və digər müvafiq subyektlərin fəal və davamlı cəlb edilməsindən asılıdır".

Seçilən
23
1
apa.az

2Mənbələr