AZ

"ABŞ nədən, hansı ölkə və hansı prezidentlə söhbət getdiyini anlayır" - Zelenski

 
"Ukrayna Moskva ilə təkbətək danışıqlara getməyəcək, Trampla vasitəçilərlə deyil, birbaşa təmaslarda olacaq..."
 
Rusiya ilə danışıqlar Ukraynanın güclü olacağı təqdirdə mümkündür.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Ukrayna radiosu"na verdiyi müsahibəsində bəyan edib. Məlumatı "pravda.com" nəşri yayıb.
 
Zelenski anladıb ki, Putin hazırda Ukrayna ilə təmsilçilik şərtləri əsasında razılığa gəlmək istəyir, lakin bu, olmayacaq, bunu ona imkan verməyəcəklər:
 
"Rusiya ilə danışıqlar Ukraynanın güclü olacağı təqdirdə mümkündür. Əgər biz Putinlə indi, mövqelərimizin hələ güclənilmədiyi şəraitdə danışsaq, bu, Ukrayna üçün uduzmaq statusu demək olacaq. Bu, ədalətli sülh olmayacaq. Heç şübhəsiz, zəif vəziyyətdə bu danışıqlarda bizim işimiz yoxdur".
 
Zelenskinin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mövqeyi çox vacibdir:
 
"Amerikanın Ukraynaya qarşı ovqatı çox vacibdir. Onlar bu gün Ukraynanın tərəfindədir. Bu, vacibdir. Amerika Ukraynaya Rusiyanın təcavüzkar ölkə olduğu mövqeyinə dəstək verməlidir. Bu status saxlanılmalıdır".
 
Bu zaman Zelenski diqqəti ona yönəldib ki, ABŞ Kiyevi danışıqlara vadar edə bilməyəcək, çünki Ukrayna sübut edib ki, onunla "əyləş və dinlə" ritorikası işlək deyil: "ABŞ nədən, hansı ölkə və hansı prezidentdən söhbət getdiyini anlayır".
 
Trampın müşavirlərinin müharibənin dondurulmasının zəruriliyi haqqında bəyanatlarını şərh edərkən, Zelenski bəyan edib:
 
"ABŞ prezidenti Trampın ətrafına hörmət etməyimə rəğmən, mən yalnız onunla söhbətə ciddi yanaşacağam. Bu, bizim səviyyəmiz, prezidentlərin səviyyəsidir. Hər şey qanunvericik əsasında olmlıdır. Hələlik o, andiçmə mərasimindən keçməyib, ona görə də onun ətrafı bütün proseslərdə iştirak edib, nələrinsə üzərinə nöqtə qoya bilməz. Onların belə səlahiyyətləri yoxdur".
 
Trampın yenidən prezident seçilməsi - aktual olanlar
 
Bu ərəfədə prezident Zelenski bəyan edib ki, Tramp administrasiyası dönəmində Ukraynada müharibə daha tez bitəcək:
 
"Heç şübhəsiz, Ağ Evə rəhbərlik edəcək bu komanda ilə müharibə daha tez bitəcək. Bu, onların yanaşması, öz cəmiyyətlərinə verdiyi vəddir və onların özləri üçün də çox vacibdir".
 
Trampın özü isə bəyan edib ki, Ukraynada müharibəni imkan daxilində tez bir zamanda dayandırmaq lazımdır. 
 
Trampın sözlərinə görə, onun administrasiyası diqqəti Rusiya-Ukrayna müharibəsinə və onun tezliklə başa çatdırılması yollarının axtarışına yönəlməlidir.
Seçilən
24
50
moderator.az

10Mənbələr