AZ

Selesta Saulo: "Erkən xəbərdarlıq sistemlərinin dəyər zənciri üzrə investisiyalara ehtiyac var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqlim dəyişmələri ilə mübarizədə hava proqnozları sisteminin modernləşdirilməsi vacibdir".
Oxu.Az xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının (WMO) baş katibi Selesta Saulo COP29 çərçivəsində keçirilən "Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Çoxtəhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, iqlim normasının 1.5 dərəcə həddində saxlanması belə iqlim dəyişmələrinin təsirlərinə hələ də ciddi uyğunlaşma tədbirləri tələb edir:
"Ona görə də erkən xəbərdarlıq sistemlərinə universal giriş təkcə təhlükəsizlik şəbəkəsi deyil, həm də zərurətdir. Dünya ölkələrinin yarıdan çoxu, xüsusilə Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri erkən xəbərdarlıq sistemlərinə malikdir. Hesabatlar erkən xəbərdarlıqların əhatə dairəsinin 2015-ci ildən bəri ən yüksək səviyyədə olduğunu vurğulayır. Eyni zamanda 30-dan çox ölkə də öz "yol xəritə"ləri ilə "Hamı üçün Erkən Xəbərdarlıq" təşəbbüsünü qəbul edib. Ölkələrin bir çoxu - Efiopiya, Fici, Maldiv adaları, Pakistan, Somali və Tonqa kimi dövlətlər isə bu nümunəni izləyir. Azərbaycanı isə ətraf mühit üzrə hesabatı və iqlim dəyişikliyi ilə bağlı səylərinə görə təbrik edirəm".
Baş katib bildirib ki, erkən xəbərdarlıq sistemlərinin bütün dəyər zənciri üzrə investisiyalara ehtiyac var:
"Ümumdünya Meteorologiya Təşkilatında hava, iqlim və əlaqədar ekoloji xidmətlər üzrə bütün əsas strateji prioritetləri müəyyən edib erkən xəbərdarlıq sistemi tətbiq etmişik. Bunun uğurlu olduğunu düşünürük. Birinci vacib olan məlumatların toplanması və mübadiləsinin təkmilləşdirilməsi, o cümlədən müşahidə şəbəkələrinin gücləndirilməsi və daha az imkanlara malik olan ölkələrdə müşahidə sistemlərinin tətbiqidir. İkincisi isə qərarların qəbulu və ətraf mühitin mühafizəsi üçün proqnozun keyfiyyətinin yaxşılaşdırılması, adekvat proqnoz sistemlərinin modernləşdirilməsi və inkişafıdır. Yəni havanın necə olacağı, daha sonra isə bu durumun bizə necə təsir edəcəyini müəyyənləşdirən proqnoz tətbiq edilməlidir".
Məhərrəm Əliyev
Seçilən
26
oxu.az

1Mənbələr