AZ

Parlament Görüşünün iştirakçıları Nevski Beynəlxalq Ekoloji Konqresinə dəvət edilib

Bakı. Trend:

COP29 çərçivəsində keçirilən Parlament görüşünün iştirakçılarıNevski Beynəlxalq Ekoloji Konqresinə dəvət olunub.

Trend xəbər verir ki, bunuRusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrininbirinci müavini Andrey Yatskin COP29 çərçivəsində Azərbaycan MilliMəclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkilolunan Parlament Görüşü zamanı “İqlim öhdəliklərinin reallığaçevrilməsi: Parlamentlərin təsirlərin yumşaldılması və MilliSəviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsində rolu”mövzusunda keçirilən sessiyada bildirib.

“Biz mühüm beynəlxalq forum — Nevski Beynəlxalq EkolojiKonqresini təşkil edirik. Bu tədbir 2025-ci ilin may ayındaSankt-Peterburqda keçiriləcək. Konqres iqlim, ətraf mühitinmühafizəsi və digər aktual mövzuların müzakirəsi üçün əhəmiyyətliekspert platforması olacaq. Bugünkü müzakirələrin iştirakçılarını,nümayəndələri, ekspertləri və elmi ictimaiyyəti bu tədbirdə iştiraketməyə dəvət edirəm”, - deyə o vurğulayıb.

Andrey Yatskin əlavə edib ki, cari ildə Rusiya BRICS-ə sədrlikedir və birliyin çərçivəsində iqlim dəyişikliyi, ətraf mühitinmühafizəsi və enerji keçidi məsələləri bütün nümayəndə heyətlərininmüzakirələrinin əsas hissəsini təşkil edib. BRICS tədbirlərininyekununda qəbul edilən Kazan Bəyannaməsi iqlim dəyişikliyiparametrləri üzrə işlərin vacibliyini müəyyən edir.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədriSahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirakedirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Məqalədə:
Seçilən
50
2
az.trend.az

3Mənbələr