AZ

Medianın İnkişafı Agentliyində COP29 çərçivəsində Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Medianın İnkişafı Agentliyində COP29 çərçivəsindəölkəmizdə səfərdə olan Çin Qitələrarası Kommunikasiya Mərkəzininnümayəndə heyəti ilə görüş keçirilib.

Trend xəbər verir ki, görüşzamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhmədİsmayılov media sahəsində informasiya və təcrübə mübadiləsi, birgəlayihələrin həyata keçirilməsi, tərəfdaşlığın qurulması ilə bağlıbir sıra məsələlərə toxunub, “Azərbaycan Respublikası ilə Çin XalqRespublikası arasında strateji tərəfdaşlığın qurulması haqqındaBirgə Bəyannamə” çərçivəsində müvafiq sahəyə məsul qurumlar vəmedia subyektləri arasında əlaqələrin inkişaf perspektivlərininmüzakirəsinin vacibliyini vurğulayıb.

Çin Qitələrarası Kommunikasiya Mərkəzinin direktor müavini CuiBinzhen isə hər iki ölkə arasında sözügedən sahədə mövcudpotensialın artırılması üçün müxtəlif platformalar vasitəsiləəlaqələrin dərinləşdirilməsinin, jurnalistlər və mediamütəxəssisləri arasında birgə təlim proqramlarının həyatakeçirilməsinin vacibliyini bildirib, dezinformasiyanın yayılmasınaqarşı mübarizənin gücləndirilməsinin zəruriliyini diqqətəçatdırıb.

Görüşdə hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikirmübadiləsi aparılıb.

Medianın
Medianın
Medianın
Medianın
Seçilən
28
24
az.trend.az

10Mənbələr